TƏDBİRLƏR
Xəzər Görüşləri 4
Bu ilki “Xəzər Görüşləri 4” konqresi əsasən xarici mütəxəssislərin çıxışları ilə yadda qaldı. İki gün davam edən tədbirin ilk günündə QERX, Seliakiya, mədə və kolorektal xərçəngin skrininqi, H.pylorinin müalicə və diaqnostikası kimi aktual mövzuları rus, türk və latviyalı həmkarlarımızdan dinlədik. Həmçinin ən son RE.GA.İN təsnifatını müəllifi Prof. Massimo Rugge məruzə etdi.Konqresin ikinci günündə yerli mütəxəssislərimiz və qardaş ölkədən olan professor heyəti enteropatiyalara, qaraciyərin müxtəlif xəstəliklərinə və tibbdə ən son innovasiya olan “süni intellekt”-ə dair çox maraqlı təqdimatlarla çıxış etdilər.