Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyəti — AGİES adından dünyaca tanınmış qastroenteroloq və qabaqcıl endoskopiya mütəxəssisi Prof. Dr. Fatih Aslanı növbəti beynəlxalq uğuru münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Prof. Dr. Fatih Aslan 2026-cı ilin may ayında Çikaqoda keçirilən Digestive Disease Week® — DDW 2026 çərçivəsində üçüncü dəfə “Best of the Best” mükafatına layiq görülərək qabaqcıl endoskopiya sahəsində beynəlxalq nüfuzunu bir daha təsdiqləmişdir. Onun ESD və endoskopik suturing sahəsindəki yenilikçi yanaşmaları, klinik ustalığı və elmi fəaliyyəti yalnız Türkiyə üçün deyil, bütövlükdə regionumuz üçün böyük qürur mənbəyidir.

Prof. Dr. Fatih Aslanın əldə etdiyi bu nailiyyətlər gənc endoskopistlər və qastroenteroloqlar üçün ilhamverici nümunədir. AGİES olaraq Prof. Dr. Fatih Aslanı bu yüksək beynəlxalq mükafat münasibətilə təbrik edir, ona elmi və klinik fəaliyyətində davamlı uğurlar arzulayırıq. Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyəti — AGİES