Azərbaycan Qastroenterologiya İnvaziv Endoskopiya Cəmiyyəti İctimai Birliyi(AQİEC)

Azərbaycan Qastroenterologiya İnvaziv Endoskopiya Cəmiyyəti İctimai Birliyi(AQİEC)

Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyəti (AQİEC) - əsas məqsədi və amalı ölkədə qastroenterologiya məktəbinin yaradılması, həzm sistemi xəstəliklərinin öyrənilməsi, bu sahədə müasir elmi tədqiqatların aparılması və elmi-praktik beynəlxalq əlaqələrin qurulmasıdır.

Bu məqsədlə Azərbaycanda həkim fəaliyyətinə icazə verilən qastroenteroloq, terapevt, cərrah, radioloq, onkoloq, patohistoloq, mikrobioloq və digər uyğun ixtisas sahiblərini bir cəmiyyət daxilində toplamaq və  vahid komanda işi şəklində cəmiyyətin fəaliyyətini qurmağı planlayır.
Cəmiyyət həkimlərin bilik və təcrübələrini artırmaq məqsədi ilə elmi konfrans, seminarlar, simpozium, “hand-on” master klasslar keçirməyi planlayır